Azərbaycan Atıcılıq Federasiyası 2022-2023-cü tədris ili üçün 11-15 yaş arası yeniyetmələri idmanın güllə və stend atıcılığı növləri üzrə bölmələrə qəbulunu elan edilib.
Bu barədə Fanat.Az-a federasiyadan məlumat verilib.
Bildirilib ki, məşğələr peşəkar məşqçilər tərəfindən həftənin şənbə və bazar günləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzində keçiriləcək:
"Qəbul üçün yerlər məhduddur. Əlavə məlumat üçün federasiyaya müracit etməyiniz xahiş olunur".