"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, o, bu gün baş tutan mətbuat konfransında belə danışıb:
“Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza köklənmişik. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik”.
Sabah keçiriləcək "Nant" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.