UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada Portuqaliya "Benfika"sından Rafa Silva, Fransa PSJ-sindən Lionel Messi, İtaliya "Napoli"sindən Covanni Simeone və Portuqaliya "Portu"sundan Mehdi Taremi iddia edir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.