Bu gün Avropa Liqasının qrupunda "Qarabağ"ı qonaq edəcək "Nant" qarşılaşmaya tam səfərbər olunub.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, "köhlən atlar"ın rəqibinin heyətində ciddi itki yoxdur.
Antuan Kombuare "Monako"yla oyundan əvvəl dizindən zədə alan braziliyalı Fabionun da xidmətindən yararlana biləcək. Belə ki, o, yenidən sıraya dönüb. Bundan başqa, “Nitsa”yla son çempionat oyununda heyətdə olmayan Açi də baş məşqçinin sərəncamındadır.
Yalnız iki futbolçu Avropa Liqası matçında iştirak etməyəcək ki, bu da gözləniləndir. Belə ki, Çarlz Traore bu mövsüm ümumiyyətlə "Nant"ın heyətində meydana çıxmayıb. Ötən həftəsonu "Nitsa"yla matçda debüt edən Fabyen Centonze isə AL-in iştirak ərizəsinə salınmayıb. "Nant" final mərhələsinə vəsiqə qazansa, o, "kanarya"nın Avropa macərasında iştirak edə biləcək.
Mirağa