"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu qanun qarşısında cavab verməli olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Dərgi iddia edir ki, portuqaliyalı ulduz "Yuventus"dan gizli şəkildə 20 milyon avro pul alıb. Bu məbləğ maliyyə hesabatında yer almayıb. İstintaq “qoca sinyora” rəhbərliyinin 2018-ci ildən 2020-ci ilə qədər olan dövr üçün hesabatları saxtalaşdırdığına əmindir.
"Yuventus" tərəfindən nüfuzlu futbol agentliklərinə qondarma sənədlər göndərilib və klub Kriştianu ilə ayrıca bir müqavilə də bağlanıb.
"Biankoneri" başqa bir kluba gedəcəyi təqdirdə ulduz oyunçuya təxminən 20 milyon avro ödəmək vəd olunub.
Emin