Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Evening Standard" nəşri: "Çelsi" yarımmüdafiəçisi Mateo Kovaçiçlə müqaviləsinin müddətini uzatmaq istəyir".
"Radioestadio Noche" saytı: "Ansu Fati "Barselona"nı tərk edə bilər. Onun agenti Jorje Mendeş, Kataloniya rəhbərliyini Fati meydanda daha çox vaxt almağa başlamasa, müştərisini başqa kluba transfer edəcəyi ilə hədələyib".
"Marca" nəşri: İngiltərə millisinin yarımmüdafiəçisi Jude Bellinghamın Real Madridə keçməyə üstünlük verdiyi bildirilir. “Liverpul”, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” kimi Premyer Liqa klubları vəziyyəti diqqətlə izləyir.
"Marca" nəşri: "Real Madrid"də uzun müddətdir heç kim cinah oyunçusu Eden Hazara inanmır. Kral klubu son üç transfer pəncərəsində belçikalı futbolçuya komanda tapmağa çalışsa da, ona maraq yoxdur".
"The Chronicle" saytı: “Nyukasl” “Bayer Leverkuzen”in hücumçusu Mussa Diabini və “Lester”in yarımmüdafiəçisi Ceyms Meddisonun alınması üçün böyük məbləğdə pul ayırmağa hazırdır. Bildirilir ki, adı çəkilən hər iki futbolçu məmnuniyyətlə karyerasını "Nyukasl"da davam etdirməyə hazırdır".
Emin Şəmsiyev