"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "təmizləmə əməliyyatı"na başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Abasov sələfi Aleksey Baqadanqalma heyəti qış fasiləsində yeniləmək üçün azı 5 oyunçudan qurtulmaqda qərarlıdır.
Artıq toqolu hücumçu Uro-Nile Ture Azərbaycan təmsilçisini tərk edib.
Məlumatı dəqiqləşdirmək üçün "kimyaçılar"ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Klubun sözçüsünün açıqlaması belə oldu:
"Bəli, Ture artıq gedib. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib".
Nihat