Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə U-23 Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib və nəticədə Azərbaycan təmsilçilərinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Kişilər
60 kq
1/8 final.
Nazir Talıbov - Simone Aversa (İtaliya) / Emirhan Karahan (Türkiyə) cütünün qalibi
Kənan İsmayılov - Ahmed Mulaliç (Bosniya və Herseqovina)
66 kq
1/16 final
Ruslan Paşayev - Nikola Zorotoviç (Xorvatiya)
73 kq
1/16 final
Rəşid Məmmədəliyev - Dominik Krol (Polşa)
Nəriman Mirzəyev - Arsen Avedisyan (Ermənistan)
81 kq
1/16 final
Məhərrəm İmamverdiyev - Nikola Stanişiç (Monteneqro)
90 kq
1/16 final
İsmayıl Zamanov - Rayan Salman Riyksen (Böyük Britaniya)
100 kq
1/8 final
Ruslan Nəsirli - Kilian Bulthuys (Niderland)
Qadınlar
48 kq
1/16 final
Ramilə Əliyeva - Milkiça Dyuriç (Bosniya və Herseqovina)
1/8 final
Könül Əliyeva - Rebeka Kosegi (Macarıstan)
52 kq
1/16 final
Aydan Vəliyeva - Qabriela Dimitrova (Bolqarıstan)
63 kq
1/8 final
Aytac Qardaşxanlı - Fruszina Peter (Macarıstan)
70 kq
1/8 final
Sudabə Ağayeva - Sesilia Betemps (İtaliya)
78 kq
1/16 final
Nərmin Əmirli - Yovana Stepanoviç (Serbiya)
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 30-dək davam edəcək. İlk iki gündə fərdi, son gündə isə qarışıq komanda yarışı baş tutacaq.