UEFA Avropa Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada İspaniya "Real Sosyedad"ından Robert Navarro, Fransa "Renn"indən Amin Quiri, Niderland PSV-dən Lyuk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altman iddia edir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.