UEFA Avropa Liqasında keçirilən oyunlardan sonra qeydə alınan statistik göstəriciləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçudur. 25 yaşlı qanalı hücumçu 5 turda 10 dəfə buna nail olub, 2 dəfə isə rəqib qapısına yol tapıb.
Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçılardan biridir. 28 yaşlı qolkiper 5 matçda 20 seyv edib. O, İsveç "Malmö"sündən İsmael Diavara ilə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzub.