Qətərdə dünya çempionatı ilə paralel olaraq daha bir beynəlxalq futbol turniri keçiriləcək.
Fanat.Az "SVpressa"ya istinadən xəbər verir ki, söhbət Rusiyanın da dəvət olunduğu media komandaları arasında çempionatdan gedir.
Bu barədə "2Drots" klubunun futbolçusu Daniil Krapivnikov "YouTube"da “Bu, media futboludur, bro” proqramında danışıb.
Turnirdə daha hansı ölkələrin komandalarının iştirak edə biləcəyi hələlik məlum deyil.
Xatırladaq ki, media komandaları arasında keçirilən çempionatlarda peşəkar futbolçularla yanaşı, tanınmış ictimai xadimlər də çıxış edirlər. Oxşar liqalar indi bir çox Avropa ölkələrində mövcuddur.
Emin