Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football Italia" saytı: "Latsio" Sergey Milikoviç-Saviç üçün transfer qiyməti təqdim edib. Futbolçu 120 milyon avroya satılır. Bundan əlavə klub prezidenti bəyan edib ki, onun qiyməti hər ay 5 milyon olaraq artacaq. "Çelsi" və "Mnaçester Yunayted" bu xəbərdən şokdadır".
"The Athletic" nəşri: "Tottenhem" Atletico Madridin qapıçısı Yan Oblakı Huqo Llorisin əvəzləyicisi kimi nəzərdən keçirir".
"The Athletic" nəşri: "Mançester Yunayted" qapıçılar Unay Simon və Dioqu Koştanı izləyir".
"Calciomercato" nəşri: "Milan" "Çelsi"dən Broyanı və ya "Zaltsburq"dan Okaforu almaq istəyir".
"Marca" nəşri: "Barselona" Ektor Belyerin, Markos Alonso və Frank Kessye ilə yollarını ayıracaq".
Emin Şəmsiyev