14:15 28.10.2022 722

Keçmiş hakimdən qalmaqallı açıqlama: "Əlaltıları olmadığım üçün..."

Pərvin Mahmudzadəni hakimlik etdiyim illərdən tanıyıram. İlk dəfə 2008-ci ildə AFFA-da tanış olmuşduq. Onu hakim Vüsal Qənbərovla birgə görmüşdüm. Hər ikisi gənc, gələcək vəd edən hakimlərdən idi. Mənim isə onda yaşım çox az idi. Yadımdadır, hər dəfə AFFA-da, ya da stadionda rastlaşanda öz dəstəklərini əsirgəməz, köməklərini təklif edərdilər. Həqiqətən də həmin illərdə hakimlər arasında mehribanlıq, dostluq-yoldaşlıq vardı. 

Ancaq bir müddət sonra Pərvin gözlərdən itdi. O vaxtı da indiki kimi hər kəs əlçatan deyildi. Bu gün istənilən insanı sosial şəbəkə üzərindən tapmaq mümkündür. Ancaq həmin illərdə tanışlarla ancaq oyundan-oyuna stadionda rastlaşardın. O da birgə təyinat alsan, ya da oyunlarınız eyni stadiona düşsə. Hə, uzun illər Pərvindən xəbər almadım. Eşitdim ki, hakimlikdən uzaqlaşıb. İllər sonra "Facebook" üzərindən əlaqələrimiz bərpa oldu. Söhbət əsnasında hakimlikdən niyə ayrıldığını soruşdum. Müzakirəmiz müsahibəyə çevrildi. 

Sabiq hakim Pərvin Mahmudzadə Fanat.Az-a sevimli peşəsindən getmə səbəbindən və Hakimlər Komitəsi ilə bağlı bir sıra məsələlərdən danışdı. 

- Pərvin, əvvəldən başlayaq. Hakimliyə gəldiyin illəri necə xatırlayırsan? Sən hakimliyə başladığın illərdə Hakimlər Komitəsində kimlər çalışırdı? 
- Mən futbola çox gec - 17-18 yaşımda başlamışam. 2003-cü ildə "Tofiq Bəhramov" stadionunun ehtiyat meydançasında Muxtar müəllimin yanında məşq edirdim. Bir gün ora Füzuli Nəcəfov gəldi və kimin hakim olmaq istədiyini soruşdu. Düşünmədən "mən" deyə cavab verdim. Beləcə, hakimlik karyeram başladı. Heç bir dərs, praktika keçmədən o vaxtki "Şəfa" stadionunda keçirilən Bakı birinciliyinə təyinat aldım. İlk günüm heç yadımdan çıxmır. Hakimlik barədə heçnə bilmirəm və meydana çıxmışam. Həmin gün çox bərbad keçdi. Təsəvvür edin ki, uşaqların oyunudu və sən nə edəcəyini bilmirsən. Füzuli müəllim tribunada əyləşib mənə kömək edirdi. Və beləcə, hakim karyeram başladı. 

Həmin vaxtlar heç bilmirdik komitə sədri nədir, bunları sonradan öyrəndik. O vaxtlar AFFA-nın köhnə binası "5 mərtəbə"də yerləşirdi. Bizi ora çağırdılar və Gülağa Cabarov bizə dərs keçdi. Elvin Əsgərov, Tağı Məmmədov, Kamil Məmmədov, Rüfət Ələsgərov, Zaur Əliyev kimi gənc hakimlərlə həftədə 3 dəfə AFFA-ya dərsə gedirdik. Aramızdan sadəcə, Elvin Əsgərov 1-ci dəstədə hakimlik edirdi. Biz isə ancaq Bakı birinciliyinə gedirdik. 

Sonra AFFA-da bəzi dəyişikliklərdən sonra Gülağa Cabarov sədr oldu. Ondan sonra mənim və digər gənc hakimlərin önü açıldı. Mən ilk dəfə 1-ci dəstə oyununa 2004-cü ildə təyinat aldım. ADBTIA Stadionunda yan xətt hakimi kimi meydana çıxdım. Növbəti yay məni toplanışa dəvət etdi. Təsəvvür edin ki, o insan 18-19 yaşlı gənclərə etimad göstərirdi. 

- Yadımdadır sən və sənin kimi bir çox gənc hakimlər vardı ki, sizə inam böyük idi. Bəs niyə ayrıldın? Sevdiyin bu peşəni niyə buraxdın?
- 2009-cu ildə hərbi xidmətə yollanacaqdım. Həmin vaxtlar artıq mən və bir çox hakimlərə qarşı AFFA-da qərəzli münasibət başladı. Bunun isə kökündə məhz Xaqani Məmmədov dayanırdı. Çünki biz Respublika stadionunda məşq edib Ceyhun Haşimovun nəzəri dərslərinə gedirdik. Bir çox hakimin AFFA-da dərs keçən Elçin Məmmədovdan xoşu gəlmirdi deyə onun dərslərində iştirak etmirdi. Bundan əlavə, haqsızlıq olanda mən sakit qalmırdım, haqqımı tələb edirdim. Bu isə Xaqani Məmmədovun xoşuna gəlmirdi. 

Mən, Vüsal Qənbərov, Rüfət Ələsgərov, Tağı Məmmədov, sonradan Ruslan Babayev, Həsən Babayev də bizə qoşuldu. Ancaq indi hamımız hakimlikdən uzağıq. Çünki onlara başqa cür insanlar lazım idi. Ancaq biz oyunlara yaşca böyük hakimlərlə təyinat alan zaman soyunub-geyinmə otağına onlardan icazəsiz girməzdik. Çünki böyük-kiçik yeri bilirdik. Onlar bizə hətta hakim çantamızı necə yığmaq lazım olduğunu belə, izah edirdilər. Biz peşəkarlığıa doğru addım atırdıq. Çünki Babək Quliyev, İmanxan Sultani, Anar Salmanov kimi peşəkarlardan çox şey öyrənirdik. 

- Xaqani Məmmədovun ardından Hakimlər Komitəsinə avstriyalı Frits Ştuxliki gətirdilər. Onun dönəmində daha çox hakim küskün şəkildə hakimlikdən ayrıldı. Səncə, orda nə baş verirdi? Keçmiş hakim yoldaşlarınla bu haqda söhbətin olub?
- Ştuxlikin vaxtında hakimlikdən gedənlərdən yalnız Rəhim Həsənovla görüşüb danışmışam. O da perspektiv vəd edən hakim idi. Hətta indi də qayıtsa, hakimliyinin səviyyəsini göstərəcək gücdədir. 

- Ştuxlikin vaxtında yenidən hakimliyə qayıtmaq üçün müraciət etdinmi? 
- Mən elə Xaqani Məmmədovun vaxtında qayıtmaq istədim. Hətta imtahan da verdim. Amma məlum məsələlərdən sonra gördüm ki, artıq orda məndən başqa işlər tələb olunacaq. Mən də eləmədiyim üçün hakimlikdən ayrıldım. 

- Konkret olaraq, səndən nə tələb edildi?
- Konkret olaraq, nəsə deməmişdilər. Ancaq hiss olunurdu. "Sən biz deyənləri etsən, yaxşı olar" deyirdilər. Bu da anlaşılan idi.  Belə başa düşdüm ki, köhnələrdən olduğum üçün onların əlaltıları olmalıydım və hakimlər arasında olan söhbətləri onlara deməliydim. Mən isə bunu edə bilməzdim deyə, birdəfəlik uzaqlaşdım. 

- Yeni komitə sədri Barış Şimşəklə bağlı nə düşünürsən? Səncə, onun dönəmində hakimliyin səviyyəsinin artacağına ümid varmı? 
- Ondansa, keçmiş komitə sədri Əli Həsənovu təyin edərdilər. Çünki o, çox savadlı və işinin öhdəsindən gələn insandır. Onun Hakimlər Komitəsinin sədri olduğu dönəmlərdə hakimlik etmişəm. Hətta bir dəfə "Ruslan-93"də olan təlimə məni çağırmadıqları üçün küsmüşdüm. Ancaq forma və lazım olan bütün inventarları mənə verdilər. Həmin il 1-ci dəstə və kubok oyunlarına da təyinat aldım. 

Ancaq indiki komitə sədrinə heç bir ümid yoxdur. Sadəcə, yola verir. Çempionatımızın seviyyəsi də elə də yüksək deyil. 2005-ci ildə olan oyunlar hara, indikilər hara... Ovaxtki oyunları da, hakimlərin necə idarə etdiyinin də, necə əziyyət çəkdiklərinin də hər ikimiz şahidi olmuşuq. 

- Bəli, yadımdadır. Ancaq bu gün çempionat oyunlarda xeyli hakim səhvləri qeydə alınır. Bir də VAR sistemi yaman tənqid olunur. Hakimlərin VAR-a çox müraciət etməsi, oyunun tempinin aşağı düşməsi birmənalı qarşılanmır. Bunlar barədə nə deyə bilərsən? 
- Bizim Premyer Liqada VAR sisteminə vallah, gərək yoxdur. Əvvəllər bəyəm VAR sistemi vardı? Məncə, lazımsızdır. VAR bizim çempionata bəlkə bir 10 ildən sonra lazım olar. Amma indiki məqamda gərək yoxdur. Artıq pul yeyintisidir, vəssalam. 

- Bugünkü hakimlər arasında gələcək vəd edən hakim görürsən? 
- Vüqar Həsənli və Kamal Umudlunu qeyd edərdim. Əliyar Ağayevdən isə danışmasam, olmaz. O, çox savadlı, mədəni insandır. Onun da önünü kəsənlər çoxdur. Ancaq Əliyar sadəcə, səbr ilə gözləyir. Vüqar və Kamalda da özlərini Avropada göstərəcək potensial var. 

- Ümumi olaraq, Hakimlər Komitəsində hansı sistemin dəyişməsini istərdin?
- Hakimlər Komitəsində hazırda bilmirəm kimlər çalışır. Amma orda mütləq şəkildə işi bilən insanlar olmalıdır. Son illər deyəsən gənc hakimlərə Ceyhun Haşımov dərs keçir. O insanın necə peşəkar olduğuna şahid olmuşam. Düzdür, çoxu Elçin Məmmədovu bəyənmirdi, amma o da həmişə hakimliyin dirçəlməsi üçün çalışıb. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X