Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Mançester Yunayted" öz evində "Şerif Tiraspol"u qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada son qolu portuqaliyalı ulduz Kriştianu Ronaldu vurub.
Komandanın baş məşqçisi Erik Ten Haq oyundan sonra ənənəvi mətbuat konfransında Ronaldunun fərqlənməsinə münasibət bildirib:
"Ronaldunun qol vurmasını görmək çox sevindiricidir. Ona qol vurmaq lazımdır. Əminəm ki, növbəti oyunlarda da fərqlənəcək".
Emin