İtaliyanın "Montsa" klubunun "Arsenal"dan icarəyə götürdüyü Pablo Mari bıçaqlanıb.
Fanat.Az-ın məlumatına görə, hadisə ötən gün Milanın Assaqo rayonunda baş verib.
Hipermarketdə əqli qüsürlu şəxs bıçaqla insanlara hücum edib. Nəticədə ispaniyalı müdafiəçi də daxil olmaqla 5 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
Xəstəxanaya yerləşdirilən 29 yaşlı futbolçu əməliyyat olunub. Məlumatı A Seriyası klubunun mətbuat xidməti yayıb. Onun iki ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Mari "Montsa"nın heyətində 8 matç keçirib və 1 qol vurub.