Bu gün "Beşiktaş" Şenol Güneşin yeni baş məşqçisi olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu təyinat Sergen Yalçını özündən çıxarıb.
Bu barədə klubun keçmiş meneceri Celal Kolot məlumat yayıb.
"Radyospor"un canlı yayımına qoşulan Kolot deyib: "Beşiktaş" Sergenlə danışıqlar aparırdı. Ona "gözlə" deyildi. Amma heç bir xəbər gəlmədi. Sergen mənə dedi ki, bizimlə oyun oynadılar, mənimlə danışıqlar aparıb Şenol Güneşlə anlaşdılar.
Mən "Beşiktaş"lıyam. Mənə görə Sergen Yalçın yarımçıq qalan hekayəni tamamlamalıydı. Amma Ahmet Nur Çebi Şenol Güneşi istədi. Onsuz da klubun prezidenti ilə Sergenin ulduzu barışmırdı. Ancaq Sergen bu posta təkrar qayıtmağı çox istəyirdi".
Qeyd edək ki, Şenol Güneş 2015-2019-cu illərdə "Beşiktaş"a rəhbərlik edib. Sergen Yalçın isə 2020-2021-ci illə mövsümündə İstanbul təmsilçisinin başında olub. Daha sonra Yalçını Valeryen İsmael əvəz edib.
Röya