"Yuventus" "Tottenhem"in baş məşqçisi Antonio Konteni komandaya qaytarmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Turin təmsilçisinin rəhbərliyi hazırki baş məşqçi Massimiliano Alleqrinin işinə şübhə ilə yanaşır. Ona görə də onun yerinə yeni namizədləri nəzərdən keçirir.
"Yuventus" inanır ki, Konte gənc oyunçularla yaxşı işləyə bilər. Onun keçmiş klubundan təklif gəlsə, qəbul edəcəyi bildirilir.
Qeyd edək ki, Konte 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb.
Emin