Futbol üzrə Azərbaycan millisinin baş məqşçisi Canni De Byazi İtaliya mətbuatına zamanı Bakıdakı həyat tərzi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "La Reppublica" nəşri italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Bakı çox yaxşı şəhərdir. Həmm gözəldir, həm də hava soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir. Burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan. Dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığı yoxdur".
Emin