Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyində bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulacaq.
81 kiloqram çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev startda monteneqrolu Nikola Stanisiç ilə üz-üzə gələcək.
90 kq çəkidə çıxış edən İsmayıl Zamanov isə Böyük Britaniya cüdoçusu Rayan Riksen Salmanı sınağa çəkəcək.
100 kq çəkidə isə Ruslan Nəsirli niderlandlı Kilian Bultuislə qarşılaşacaq.
Qadınların yarışında isə iki Azərbaycan təmsilçisi tatami üzərinə çıxacaq.
70 kq çəkidə Südabə Ağayeva mübarizəyə Sesilya Betemslə start verəcək. 78 kiloqramdakı təmsilçimiz Nərmin Əmirlinin ilk rəqibi isə serbiyalı Yovana Stepanoviç olacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanıb.