Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan 23 yaşadək cüdoçular arasında Avropa çempionatında sabah qarışıq komanda yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, püşkatmaya əsasən, yığmamız mübarizəyə təsnifatdan başlayacaq. Burada rəqib Ukrayna seçməsi olacaq.
Görüşün qalibi 1/4 finalda Gürcüstan cüdoçuları ilə qarşılaşacaq.
Yarışda ümumilikdə 10 komanda mübarizə aparacaq.