Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
Mustafayev sonadək ehtiyatda qalıb.
10 tura 17 xal toplayan “Aleksandriya” 16 iştirakçı arasında 4-cü pillədə mövqe tutub.