UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda "Qarabağ"ın əsas rəqibi olan "Nant" Fransa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "sarı bülbüllər" Liqa 1-in 13-cü turu çərçivəsində öz meydanında "Klermon"la üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə bitib.
13 tura 12 xal toplayan "Nant" çempionatın turnir cədvəlində 15-ci pillədə mövqe tutub.
Qeyd edək ki, AL-in 5-ci turunda ağdamlılar bu rəqibinə səfərdə 1:2 hesabı ilə uduzub.
Nihat