Azərbaycan cüdo millisi noyabrın 12-də Fransada keçiriləcək qarışıq komandalar arasında Avropa çempionatına qatılmayacaq.
Bu barədə Fanat.Az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.
Qurum sözçüsü bildirib ki, sözügedən yarış federasiyanın təqvim planında yer almayıb.
Qeyd edək ki, bu günədək 13 yığma yarışda iştirak edəcəyini açıqlayıb. Bunlar İtaliya, Avstriya, Bolqarıstan, Fransa, Gürcüstan, Böyük Britaniya, Niderland, Polşa, Sloveniya, Türkiyə, Ukrayna, Çexiya və Macarıstandır.