13:31 31.10.2022 1281

"Azərbaycanda insanlara qarşı..." - Kenni Sayef

"Neftçi"nin İsrail əsilli amerikalı futbolçu Kenni Sayefin Fanat.Az-a müsahibəsi:

- Azərbaycan klubundan gələn təklifi necə qarşıladınız?
- Zaur Əzizovla danışandan sonra onların layihəsi, necə bir komanda qurmaq istədikləri mənə maraqlı oldu. Beləcə təklifi qəbul etmək qərarına gəldim.

- Artıq 4 aydır ki, Azərbaycandasınız. Ölkəyə və kluba uyğunlaşa bilmisiniz?
- Tam uyğunlaşdığımı deyə bilmərəm. Mənim üçün kluba, ölkəyə və liqaya uyğunlaşmağa vaxt lazımdır. 

- Azərbaycanlıların hansı xüsusiyyətini bəyənirsiniz? 
- Burda insanlara qarşı hörmət olduğunu hiss edirəm. Bunu da çox bəyənirəm. 

- Komandanın oyunçuları ilə münasibətiniz necədir? Hansı futbolçu ilə daha çox ünsiyyətdə olursunuz?
- Komandada yaxşı ab-hava var. Ona görə mən də komanda yoldaşlarımla yaxşı münasibətdəyəm. Ataa Caberi əvvəldən tanıdığım üçün onunla nisbətən daha çox ünsiyyətdə oluram. 

- “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf digər məşqçilərdən nə ilə fərqlənir?
 - O, böyük təcrübəyə və bir sıra uğurlara sahibdir. Açıqsözlü və dürüst məşqçidir, ona görə də ondan öyrənə bildiyim üçün şadam. 

- “Neftçi” ilə 2024-cü ilə qədər müqaviləniz var. Hazırda əsas hədəfiniz nədir?
- Məqsədim klubun yenidən ölkə çempionu olmasına köməklik göstərməkdir. Biz gedən prosesə etibar etməliyik, zaman və səbr hazırda ən əsas amildir. 

-  Artıq Premyer Liqanın bütün klubları ilə qarşılaşmısınız. Sizcə, ən çətin rəqib hansı komandadır?
- "Qarabağ"ı qeyd edərdim. Onlar yaxşı təşkil olunmuş komandadır. 

- ABŞ millisində və MLS-də (ABŞ çempionatı) oynamısınız, Amerika futboluna bələdsiniz. Sizcə, ABŞ millisi qarşıdakı dünya çempionatında hansı mərhələyə qədər irəliləyə bilər?
- Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq futbolçuların çoxu ilə bir komandada çıxış etmişəm. Bu qrupdan rahat çıxmaq üçün komandanın böyük potensialı var. Millidə bir çox istedadlı futbolçular oynayır. Onların çoxu ən yaxşı liqalarda mübarizə aparır. Ona görə də bu baxımdan müəyyən qədər arxayınam.

- “Neftçi” azarkeşləri barədə nə deyə bilərsiniz?
- Avrokubok oyunlarında hiss etdim ki, onlar böyük qüvvədir. Heyrətamiz atmosfer yarada bilirlər və bu, bizə çox kömək edir.  Daha sonra başa düşdüm ki, onlar bir-iki oyundan narazıdırlar. Tərəfdarlarımıza müraciət edib demək istəyirəm ki, onlara hər zaman ehtiyacımız var. Biz birlikdə çox şey edə bilərik.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

Facebookdan bizi izləməyi unutmayın.
X