Portuqaliyanın "Sportinq" futbol klubu Kriştianu Ronaldonu transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu iddia "Mirror"a məxsusdur.
Mənbənin bildirdiyinə görə, Portuqaliya klubu "Mançester Yunayted"in ulduz hücumçusunu qışda sıralarına cəlb etməyi planlaşdırır. “Sportinq” həm “qırmızı şeytanlar”a, həm də 37 yaşlı futbolçuya təklif hazırlayır. İddiaya görə, portuqaliyalılar Ronaldunun maaşının yarı-yarıya ödənməsinə razıdırlar. Həmçinin vurğulanıb ki, transferin reallaşması “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haqdan asılıdır.
Qeyd edək ki, Kriştianu Ronaldu 2002-2003-cü illərdə "Sportinq"də çıxış edib.
Mirağa