Noyabrın 4-6-da Bakıda təşkil olunacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi onlayn keçiriləcək.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) pandemiya dövründə yarışların təşkili ilə bağlı qaydalara əməl etməyə davam edir. Bu səbəbdən, noyabrın 3-də olacaq püşkatma mərasimi onlayn rejimdə keçiriləcək.
Bu, Bakıda ilk belə ilk hal olmayacaq. Ötənilki “Böyük Dəbilqə”də də püşkatma eyni formatda baş tutub.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"sində 63 ölkədən 400-dək cüdoçunun iştirakı gözlənilir.