Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato" nəşri: "Yuventus" və "Roma" "Sassuolo"nun yarımmüdafiəçisi Davide Frattezi ilə maraqlanır".
"Marca" nəşri: "Barselona"nın futbolçusu Frank Kesyenin agenti müştərisinin komanda dəyişmək istəyini inkar edib".
"SV Pressa" saytı: "Moskvanın MOİK klubunun sabiq hücumçusu Vaqner Lav yenidən Rusiyaya qayıtmaq istəyir. Braziliyanın "Retsife Sport" klubunda çıxış edən forvard ordu klubunun düşərgəsindən dəvət alacağına ümid edir.
AS nəşri: "Atletiko Madrid" Çempionlar Liqasından kənarda qalmasına baxmayaraq, baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmağa hazırlaşır".
AS nəşri: "PSJ 35 yaşlı argentinalı ulduz Messi ilə yeni 2 illik müqavilə imzalamaq istəyir".
"Daily Mail" nəşri: "Tomas Tuxel "Çelsi"dən dən ayrıldıqdan sonra təyinatını müzakirə etmək üçün bəzi klubların onunla əlaqə saxladığını açıqlayıb".
"The Athletic" nəşri: "Mançester Yunayted" "Ayaks"ın yarımmüdafiəçisi Edson Alvares uğrunda "Çelsi" ilə yarışmağa hazırdır".
"Sport.es" saytı: "PSJ-nin hücumçusu Lionel Messi "Barselona"nın prezidenti Joan Laportanın telefon zənglərinə məhəl qoymur və keçmiş klubu ilə ümumiyyətlə əlaqələrini kəsib".
"Caughtoffside" saytı: "Mançester Yunayted" heyətində oynatmadığı futbolçusu Donni van De Bek üçün daxil olan 3 böyük klubun təklifini rədd edib".
“Football Insider” saytı: "Mançester Siti"nin rəhbərliyi yarımmüdafiəçi Bernardu Silvaya yeni müqavilə təklif edəcək".
"Fichajes" saytı: "Barselona" bu mövsümün sonunda "Bayer Leverkuzen"dən vinger Mussa Diabini heyətinə qatmaq üçün təklif hazırlayır. "Mançester Siti"nin sabiq hücumçusu Ferran Torres "Kamp Nou"nu tərk etməyi planlaşdırır və Diabi onun əvəzləyicisi kimi nəzərdən keçirilir".
"Mundo Deportivo" nəşri: "Barselona" "Nyukasl"ın ulduzu Brunu Guimaraeşi transfer etmək üçün İngiltərə klubunun rəhbərliyi ilə müzakirələrə hazırlaşır".
Emin Şəmsiyev