UEFA Avropa Liqasının qrupunda "Qarabağ"ın rəqibi olan "Frayburq"un Bakıya səfər marşrutu dəqiqləşib.
Fanat.Azın əldə etdiyi məlumata görə, qrupun son oyununda ağdamlılarla prinsipial matça çıxacaq Almaniya təmsilçisi ölkəmizə noyabrın 2-də gələcək.
Rəqib saat 19:20-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında eniş edəcək. Komanda təxminən bir saat sonra, konkret, 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.
"Frayburq"un baş məşqçisi Kristian Ştrayx Bakıda jurnalistlərin önünə çıxmayacaq. Belə ki, o, Almaniyada mətbuat konfransı keçirəcək.
Mirağa