FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Fanat.Az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq.
Beləliklə, 35 yaşlı referi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin oyununda iş başında olacaq.
2013-cü ildən FİFA referisi olan Əliyar Ağayevə məsul görüşdə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.