Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abdüləzimovanın çıxış etdiyi "Vaşaş" klubu Macarıstan çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, paytaxt Budapeşt təmsilçisi Ekstraliqanın ikinci turunda doğma meydanda “Kapöşvar”a 3:0 hesabı ilə qalib gəlib.
Ayşən matç ərzində kollektivə 13 xal qazandırıb.
Son ölkə çempionu olan "Vaşaş" qələbə sayəsində xalını 6-ya çatdırıb və "Bekeşçaba"dan set fərqinə görə geri qalaraq turnir cədvəlində 8 komanda arasında ikinci sırada qərarlaşıb.