Hindistanda tətildə olan "Çelsi"nin keçmiş baş məşqçisi Tomas Tuxel nəhayət, karyerası ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Sportstar"a müsahibə verən almaniyalı mütəxəssis meneceri vasitəsilə artıq bir neçə təklif aldığını açıqlayıb:
“Çelsi"dəki hər günümü sevirdim. Mənim üçün bu hekayə çox tez bitdi, amma heç nəyi dəyişə və sübut edə bilmədim.
Hələ gələcəyimlə bağlı qərar verməmişəm. Hazırda Hindistanda istirahət etməkdəyəm. Bəzi klublar menecerimə zəng vururdular. Amma razılaşmışdıq ki, o, ötən 18 gün ərzində məni burada narahat etməsin”.
Mənbə Premyer Liqanın ən azı iki təmsilçisinin 49 yaşlı mütəxəssisin xidmətində maraqlı olduğunu yazıb. Eyni zamanda Tuxelin İngiltərə yığmasına rəhbərlik edə biləcəyi deyilir.
Mirağa