"Liverpul"un müdafiəçisi Vircil van Deyk bu mövsüm sərgilədiyi performans barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" niderlandlı futbolçunun dediklərini belə çatdırıb:
"Məncə, daha yaxşı oynaya bilərəm. Əlbəttə, tənqidlər həmişə olur və bu, normaldır. Bəzən motivasiya baxımından adama pis təsir edir, bəzən də yaxşı... İstənilən halda, əminəm ki, oyun səviyyəmi yüksəltmək şansım hələ də var. Bunun yeganə yolu isə oynamaq, səhvlər üzərində öyrənmək və kənardan səsləndirilən fikirlərə o qədər də ciddi önəm verməməkdir".
Qeyd edək ki, 31 yaşlı van Deyk cari mövsüm "Liverpul" forması ilə bütün turnirlərdə 18 matça çıxaraq 1 qol vurub. Onun "qırmızılar"la olan müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat