Antonio Konte yaxın vaxtlarda "Tottenhem"lə müqaviləsinin uzadılmasını nəzərdən keçirməyəcək.
Fanat.Az xəbər verir ki, "Daily Mail" 53 yaşlı mütəxəssisin bu barədə dediklərini belə çatdırıb:
"Yeni müqaviləni müzakirə etmək hələlik planlarıma daxil deyil. Bunun üçün irəlidə zamanımız var. Mən "Tottenhem"də işləməkdən zövq alıram".
Antonio Konte ötən ilin noyabrından "Tottenhem"i çalışdırır.
Onun "Yuventus"a qayıdışı ilə bağlı xəbərlər dolaşır.
Emin