Azərbaycan cüdo millisinin 4-6 noyabrda Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, kişilərin 90 və +100 kq çəki dərəcələrində çıxış etməli olan idmançılar - Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, gənclər arasında Avropa çempionu Vüqar Talıbov və Bakı-2018 mundialının gümüş mükafatçısı Uşanqi Kokauri zədəli olduqları üçün yığmanın heyətindən çıxarılıblar.
Onları 15 oktyabrda keçirilmiş "Böyük Dəbilqə"yə seçim xarakterli turnirdə 90 kq çəki dərəcəsində ikinci olmuş Nihad Şıxəlizadə və +100 kq-da üçüncü nəticə göstərmiş İbrahimxəlil Ömərov əvəz edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi "Böyük Dəbilqə"yə 37 (28 kişi, 9 qadın) cüdoçu ilə qatılacaq.