Qalmaqaldan başı ayılmayan "Barselona"nın müdafiəçisi Jerar Pike daha bir inanılmaz hadisə səbəbindən gündəmə gəlib.
Fanat.Az "Malaqa" qəzetinə istinadən xəbər verir ki, kataloniyalıların futbolçusunun Malaqadakı "Kosta del Sol" (Günəş Sahili) kurortunda dəbdəbəli otel kompleksi tikmək planı qeyri-adi səbəbdən puç olub.
Belə ki, sahədə görülən işlər zamanı təxminən 250 qəbir müəyyən edilib.
Belədə iş dayandırılıb. Arxeoloqlar mümkün tapıntılar üçün ərazini araşdırır. Ərazini tədqiq etməyə başlayan arxeoloqlardan biri sözügedən nəşrə bu barədə açıqlama verib: "Görünən odur ki, qəbirlər boşdur və yəqin, istifadə olunmayıb. Amma biz onları araşdırmalıyıq. Hər şey göstərir ki, onları qorumaq üçün kifayət qədər dəyərli deyillər, lakin bu, İspaniyada aşkar edilmiş ən böyük köhnə qəbiristanlıqlardan biridir".
Məsul qurumlar icazə verəcəyi halda, Pike otel kompleksinin tikintisinə 2023-cü ilin yanvarına kimi başlayacaq.
Qeyd edək ki, kolumbiyalı müğənni Şakira ilə ayrıldıqdan sonra qınağa tuş gələn Pike komandadakı zəif çıxışına görə sərt tənqid olunur. Bundan başqa, o, bir müddət əvvəl İspaniya federasiyasının prezidenti ilə də qalmaqal üzündən gündəmə gəlmişdi.
Mirağa