Braziliya futbolunun əfsanələrindən olan Rivaldo ölkəsində keçirilən prezident seçkisinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, dəstəklədiyi sağçı namizəd, hazırki prezident Bolsonaronun seçkidə uduzması barədə "Instagram" hesabında paylaşım edib.
Veteran futbolçu keçirdiyi üzüntülü hissləri belə çatdırıb: "Həyatımın ən pis gecələrindən birini yaşadım. Bu gün mən hətta DÇ-1998-in finalında Fransaya 0:3 hesabı ilə uduzduğum oyundakı kimi kədərliyəm. Əslində, ondan daha pisəm. Çünki övladlarımın və nəvələrimin gələcəyinə çox ümid bəsləyirdim. Amma mübarizə davam edir və dekabrın 31-nə qədər dayanmayacağıq. Allaha böyük inamla dəstəyimi davam etdircəyəm. Prezident Bolsonaro və daha yaxşı Braziliyaya səs verən hər kəsə təşəkkür edirəm. Ümidinizi itirməyin, Allah bizi heç vaxt peşman etməz".
Mirağa