Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, 6-cı turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.
Oyunları daha erkən saatda başlayan F qrupunda "Real Madrid" İspaniyada Şotlandiya "Seltik"ini 5:1, Almaniya "Layptsiq"i isə Polşada Ukraynanın "Şaxtyor"unu (Donetsk) 4:0 hesabı ilə darmadağın edib.
"Kral klubu" lider qismində pley-offa yüksəlibsə, Almaniya komandası qrup 2-cisi kimi 1/8 finala adlayıb. Ukraynalılar Avropa Liqasının pley-offunda mübarizə aparacaq. "Seltik" isə avrokuboklarla vidalaşıb.
E qrupunda "Milan" doğma meydanda "Zalsburq"u sınağa çəkib. "Qırmızı-qaralar"a qrup ikincisi olmaq üçün heç-heçə də kifayət edirdi. Amma meydan sahibləri istəklərinə darmadağınla çatıblar.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zaltsburq"un "Milan"a uduzmasını gözləmili idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanmaqla Mahirin komandasını qrup sonuncusu sedib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.
G qrupunda Dortmund "Borussiya"sı "Kopenhagen"lə, "Mançester Siti" isə "Sevilya" ilə qarşılaşıb. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin etmişdi. Bu üzdən də son turun matçları yalnız qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyırdı. Danimarkada heç-heçə qeydə alınıb. Mançesterdə isə meydan sahibləri inamlı qələbə sayəsində qrup birinciliyi təmin ediblər.
Nəhayət, D qrupunda növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJ "Yuventus"la, "Benfika" isə Hayfa "Makkabi"si ilə üz-üzə gəlib. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirib. PSJ Turində qələbə qazanmaqla qrup lideri olub. “Benfika” da İsraildə darmadağına sevinib. Amma bu, qrup liderliyi üçün yetərli olmayıb. “Yuventus” Avroliqaya vəsiqə qazandığı halda, “Makkabi” sonuncu yeri tutub.
Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.
Çempionlar Liqası, qrup mərhələsi
VI tur
1 noyabr
E qrupu
Çelsi (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qollar: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.
Milan (İtaliya) - Zaltsburq (Avstriya) 4:0
Qollar: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.
Xal durumu: Çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.
F qrupu
Real (İspaniya) - Seltik (Şotlandiya) 5:1
Qollar: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.
Şaxtyor (Donetsk, Ukrayna) - Layptsiq (Almaniya) 0:4
Qollar: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.
Xal durumu: Real – 13. Layptsiq – 12. Şaxtyor – 6. Seltik – 2.
G qrupu
Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qollar: Haraldssen, 41 – Hazar, 23.
Mançester Siti (İngilttərə) - Sevilya (İspaniya) 3:1
Qollar: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.
Xal durumu: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.
H qrupu
Yuventus (İtaliya) - PSJ (Fransa) 1:2
Qollar: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.
Makkabi (Hayfa, İsrail) - Benfika (Portuqaliya) 1:6
Qollar: Çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.
Xal durumu: PSJ – 14. Benfika – 14. Yuventus – 3. Makkabi – 3.