FİFA Rusiyanın "Match TV" telekanalı ilə dünya çempionatının oyunlarının yayımı ilə bağlı razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, məlumatı kanalın rəhbəri Aleksandr Taşçinə istinadən "Sports.ru" yayıb.
Ruslar Çempionlar Liqasının son mövsümdəki yayımına senzura qoysalar da, dünya çempionatının bütün oyunlarını nümayiş etdirəcəklər. FİFA "Match TV"-yə bütün matçlarının yayım hüququnu satıb. Bu da o deməkdir ki, kanal bütün matçların əsas məqamlarını və maraqlı anlarını da göstərə biləcək. .
Qətərdə keçiriləcək dünya çempionatı 2022-ci il noyabrın 20-də başlayacaq və dekabrın 18-dək davam edəcək.
Mirağa