Lissabon "Sportinq"inin azarkeşləri Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən matçda - Frankfurt "Ayntraxt"ına qarşı ev oyununda (1:2) rəqib hücumçu Daiti Kamadenin qol vurmasına mane olmağa çalışıblar.
Fanat.Az-ın məlumatına görə, yerli tərəfdarlar görüşün 59-cu dəqiqəsində "Sportinq"in qapısına təyin edilən penaltini yerinə yetirmək üçün "ağ nöqtə"yə yaxınlaşan yapon futbolçunun gözünə lazer işığı salıblar.
Lakin buna təbəssümlə cavab verən Kamada hədəfdən yayınmayaraq hesabı bərabərləşdirib. Daha sonra Bundesliqa təmsilçisi qələbə qoluna da imza atıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Ayntraxt" qrup ikincisi qismində pley-offa yüksəlib.
Nihat