İspaniya La Liqasının prezidenti Xavyer Tebas qatıldığı forumda Lionel Messi ilə bağlı maraqlı etiraf edib.
Fanat.Az xəbər verir ki, o, futbolun biznes tərəfi ilə bağlı müzakirədə argentinalının imicindən danışarkən Fransa Liqa 1-i haqqında aşağılayıcı fikirlər də səsləndirib:
"İspaniya futbol çempionatı əvvəlcə Kriştianu Ronaldunun “Real Madrid”dən “Yuventus”a getməsi, daha sonra isə “Barselona”nı PSJ-yə dəyişən Lionel Messinin gedişiylə itirdi. Onların İspaniyadan ayrılması La Liqaya təsirsiz ötüşmədi. Ən çox da Messinin gedişi... Düşünürəm ki, La Liqa, həm də bütün dünya futbolunda Messinin yeri görünür. Çünki Fransa liqası darıxdırıcıdır. PSJ-də onu "Barselona"da oynadığı vaxtdan daha az izləyirlər. Paris klubunun "Nant"la oyunu zamanı azarkeşlərin heç də hamısının ona baxmadığını gördüm. Ümid edirəm ki, o, dünya çempionatında əla formada olacaq. Çünki bu yolla insanlar onu yenidən görə biləcəklər.
Ondan ötrü darıxmışam. Bilmirəm qayıdacaq, ya yox. Bu, Leonun özündən asılıdır. Ümid edirəm ki, böyüdüyü kluba dönmək istəyir. "Barselona"nın Messi ilə müqaviləni pozması səhv idi, elə onun üçün də. O və Ronaldu qayıtsa, sevinərəm. Xüsusilə Messi Ronaldudan tez qayıtmalıdır".
Mirağa