Kaxaber Tsxadadze "Rəvan"la oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in gürcü baş məşqçisi yetirmələrindən razı qalıb və PFL-ə təşəkkür edib:
"Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik edirəm. Bugünkü oyun da vacib idi, öncəki turdakı uğuru möhkəmlətməli idik. Bu cür oyuna psixoloji cəhətdən hazırlaşmaq çətindi. Rəqib psixoloji cəhətdən daha sərbəst idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan hiss olunurdu. Fasilədə komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən futbolçu lazımsız vərəqə alarsa cəzalanacaq".
Fanat.az