Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb"in baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında bu mövsüm turnirdə debüt edən hücumçumuza şans verməsini belə izah edib:
"O, Çempionlar Liqasında meydana çıxmamışdı. Ona görə Mahiri oynatmağa qərar verdim. Baturina isə həm təsnifat mərhələlərində, həm də qrupda çox oynayıb".
Qeyd edək ki, Mahir "Çelsi" ilə Londondakı qarşılaşmanın 69-cu dəqiqəsində meydana daxil olub.
Mirağa