Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Xviça Kvaratsxeliyanın agenti: "Xviça, "Napoli"yə keçib və əla oynayır. Onun artıq 100 milyon avro dəyərində olduğunu demək olar".
"Daily Mail" nəşri: "Uilfrid Zaha 2023-cü ilin yayında "Kristal Pelas"dan ayrıla bilər".
"İl Giorno" nəşri: "Ruslan Malinovski 15 milyon avro maaş alacağı təqdirdə karyerasını İngiltərədə davam etdirə bilər. "Atalanta"nın yarımmüdafiəçisinə "Tottenhem" maraq göstərir".
"Marca" nəşri: "Real Madrid"in Belçikalı futbolçusu Eden Hazard İngiltərəyə qayıda bilər. "Aston Villa" klubu onu öz heyətinə cəlb etməyə çalışacaq".
"Central Defense" saytı:"Aston Villa"nın yeni baş məşqçisi Unai Emeri "Real"ın futbolçusu Eden Hazardı komandaya gətirməkdə maraqlıdır.
ESPN saytı: "Atletiko Madrid" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı transfer etmək istəyir".
"Bild" nəşri: "Borussia Dortmund" Cud Bellingem üçün potensial alıcılardan 150 milyon avro tələb edəcək. O, "Real Madrid", "Manşester Siti", "Liverpul" və "Çelsi" klublarının maraq dairəsindədir".
"Sport.es" saytı: "Luis Enrike "Atletiko Madrid"ə rəhbərlik edə bilər".
Emin Şəsmiyev