Gələn həftə Bakı kənd və qəsəbələri arasında keçirilən həvəskarlar arasında birincilik start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda 10 komanda iştirak edəcək.
"Olimpiya Binə", "Ramana", "Yeni Suraxanı", "Təhsil", "Şıxlar Qobustan", "Bayıl Rovers", "Ələt", ROFM, "Balaxanı" və "Günəşli" komandaları arasında bir dövrədən ibarət mübarizəyə 2023-cü il yanvarın 4-də yekun vurulacaq.
Bu arada, Qobustan təmsilçisi birincilikdə keçirəcəyi ev oyunları üçün özünə "stadion düzəldir". Komanda üzvlərinin çəkdiyi və redaksiyamıza göndərilən görüntülər bir tərəfdən rəğbət yaradırsa, digər tərəfdən Azərbaycan futbolunun acınacaqlı durumundan xəbər verir. İnsanlar öz imkanları hesabına daş, qum, sement toplayır, başqa yerdən topladıqları çayırı gətirib meydançaya döşəyirlər. Stadionun ətrafını hasarlayan, hörgü işini görən də "Şıxlar"ın baş məşqçisidir. Sizi həmin görüntülərlə tanış edirik:
Mirağa