Almaniyanın "Layptsiq" klubunun yarımmüdafiəçisi Kristofer Nkunku Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyununda - "Şaxtyor"la səfər matçında (4:0) qeyri-adi qol sevinci ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, hesabı 10-cu dəqiqədə açaraq darmadağının əsasını erkən qolla qoyan futbolçu getrində gozlədiyi qırmızı şarı çıxararaq doldurub.
Matçdan sonra məlum olub ki, bu mövsüm ÇL-də 3-cü dəfə fərqlənən Nkunku qolu öz azayaşlı oğluna həsr edib.