Zədəsini zağaltmaqda olan məşhur hücumçu Zlatan İbrahimoviç son günlər müsahibələri və meydandan kənar hərəkətləri ilə də tez-tez diqqət mərkəzində olur.
Fanat.Az xəbər verir ki, bu dəfə o, özünü DJ kimi sınayıb.
İbrahimoviç Milanda üç nəfərdən ibarət İsveç qrupu olan "Swedish House Mafia"nın konsertinə qatılıb. Qrup üzvlərinin dəvətini müsbət cavablayan Zlatanın səhnəyə çıxması qonaqlar arasında böyük coşquya səbəb olub.