Bu gün 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin də, final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə çempionatındakı rəqibləri müəyyənləşib.
Mübarizəyə əsas mərhələdən başlayacaq Ağatahir Əzimovun baş məşqçisi olduğu milli 5-ci qrupda Yunanıstan, Bosniya və Herseqovina və Fransa komandaları ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları gələn il 21-26 mart tarxilərində keçiriləcək.