AFFA-nın təşkilatçılığı ilə keçirilən III “Zəfər Kuboku” turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnirin yarımfinal oyunlarında "Səbail" PFL-in əməkdaşlarından ibarət komandanı, "Neftçi" isə "Turan Tovuz"u üstələyib.
Beləliklə, finalda "Neftçi" ilə "Səbail" üz-üzə gəlib. Həlledici qarşılaşmada “ağ-qaralar” üzərində 3:1 hesablı qələbə qazanan Bayıl təmsilçisi “Zəfər Kuboku” turnirinin qalibi olub. Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim edib.