Misli Premyer Liqasında XIII tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun açılış oyunu Tovuzda baş tutub.
"Turan Tovuz"la səfər qarşılaşması "Şamaxı" üçün əlamətdar olub. Belə ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda cari mövsümdə ilk qələbəsini Tovuzda bayram edib - 3:1.
Komandalar arasında birinci dövrədə Şamaxıdakı görüşdə Tovuz təmsilçisi qalib (1:0) gəlmişdi.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
XIII tur
4 noyabr
“Turan Tovuz” – “Şamaxı” 1:3
Qollar: Runi Eva, 33-pen. - Kamran Quliyev, 17, Rauf Hüseynli, 42, Fuad Bayramov, 51
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 36. İzzət Müştaqov, 87. Nazim Həsənzadə, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu, 15:00