Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.
Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.
Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.
66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.
Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Fanat.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.
Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutacaq.
Böyük Dəbilqə
Kişilər
60 kq
Kəramət Hüseynov - Vijay Yadav (Hindistan)
Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi
Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi
Rövşən Əliyev - Rodriqo Lopes (Portuqaliya)
66 kq
Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı)
Yaşar Nəcəfov - Xuan Ernandes (Kolumbiya)
İslayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya)
Kamran Süleymanov - Ayyub Elidrissi (Qətər)
Qadınlar
48 kq
Leyla Əliyeva - Edna Karillo (Meksika)
Aişə Qurbanlı - Qaliya Tınbayeva (Qazaxıstan)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)
52 kq
Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)
Aydan Vəliyeva - Faiola Diaz (Venesuela)
Qeyd edək ki, 3 gün davam edəcək Böyük Dəbilqə turnirində 64 ölkədən 406 idmançı mübarizə aparacaq.